İlk Avropa Oyunlarında qadınlar arasında su polosu üzrə cümə axşamı keçirilmiş yarımfinalda qalibiyyət qazanaraq növbəti mərhələyə keçən İspaniya və Rusiya komandası, şənbə günü baş tutacaq oyunlarda qızıl medal uğrunda mübarizə aparacaqlar.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, su polosu yarışlarının qrup mərhələsində Rusiya və İtaliyanın oyunu 11-11 hesabında heç-heçə ilə başa çatıb. Lakin yarımfinal görüşündə hər şey ruslardan ibarət komandanın xeyrinə dəyişib. Beləliklə Rusiya komandası 17-7 hesabı ilə İtaliya üzərində axırıncı dörd qələbəni rahatlıqla əldə edə bilib.
Oyunda dörd qol vurmuş Rusiya yığmasınınn üzvü qəhrəman Mariya Bersneva nəticədən razı qalaraq komandasının güclü olduğunu deyib:
İtaliya komandasının məşqçisi Paolo Zizza, yarışların ardıcıl olaraq yeddi gün keçirilməsinə baxmayaraq, oyunçuların bu çətinliklərin öhdəsindən gəlməyə çalışdıqlarını deyib. Uğursuzluqlar olsa da, bürünc medal uğrunda mübarizə aparacaqlarını da əlavə edib.
Su polosu üzrə qadınlar arasında ikinci yarımfinal mərhələsində nə Yunanıstan, nə də İspaniya komandası hücüm ritmi yaratmağa müvəffəq olmayıb. Lakin Javiyer Aznar Fernandezin iştirak etdiyi İspaniya komandası Çempionat oyununda qalib olmaq üçün lazımi tarazlığı yarada bilib və beləliklə də idmançı Alexandro Aznar Diyezin vurduğu qol sayəsində ispanlar Yunanıstan yığmasına 9-6 hesabı ilə qalib gəlməyi bacarıblar.