İslamiada çərçivəsində idman gimnastikası üzrə yarışlara start verildi
13.05.2017 741 0.0 0

Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası üzrə yarışlara start verilib.

Məlumata görə, bu gün kişilər arasında sərbəst hərəkətlər, halqa və paralel qollar üzərində hərəkətlərdə təsnifat yarışları keçiriləcək. Qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə finala yüksəlmək üçün mübarizə aparacaqlar.

Azərbaycanı yarışlarda kişilər arasında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova təmsil edəcəklər.

Yarışları Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe izləyir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar