İŞİD yerlə-yeksan etdi (FOTO, VİDEO)
24.08.2015 1224 0.0 0

İŞİD silahlıları Suriyanın mərkəzi şəhəri Palmirada yerləşən qədim məbədi partladıblar.

Məlumata görə, partlayışın dəqiq vaxtı bəlli deyil. Suriya rəsmiləri Baal-Şamin adlı məbədin ötən bazar günü dağıdıldığını söyləyirlər. Lakin "insan hüquqlarının monitorinqinin Suriya mərkəzi" hüquq müdafiə təşkilatından abidənin bir ay əvvəl dağıdıldığı deyilir. 

Ümumiyyətlə, İŞİD qruplaşması hələ may ayından UNESCO-nun mühafizəsi altında olan bu antik məbədini nəzarətə götürüb.

 


Baal-Şamin məbədi


Suriyada və İraqda hərəkət edən İŞİD döyüşçüləri Rusiya da daxil olmaqla bir çox ölkələrdə terror aktları həyata keçirirlər.

Daha əvvəllər də silahlılar İraqın bir neçə şəhərində, xüsusilə, Mosul və Minruda qədim arxitektura abidələrini məhv ediblər. Bununla əlaqədar olaraq, şühbələr var idi ki, həmin tale Palmiranı da gözləyir. 

 


Palmirada yerləşən Baal-Şamin məbədinin görüntüləri


UNESCO-da bəyan ediblər ki, İŞİD demək olar ki, İkinci Dünya Müharibəsi dövründən qalan bütün mədəniyyət abidələrinə böyük ziyan vurub.

Baal-Şamin məbədi antik dövrün ən əhəmiyyətli abidələrindən biri hesab edilib. O, tufanlar və məhsuldar yağışlar Allahının şərəfinə tikilib. Tarixçilər hesab edirlər ki, məbəd bizim eranın I əsrinə aid olub.

Şahidlərin sözlərinə görə, məbədin partlayışı, həmçinin, bir neçə qədim roma sütununa da zərər vurub.

 


Baal-Şamin məbədinin dağıdılmış görüntüsü


Bir neçə gün əvvəl İŞİD silahlıları Palmirada arxitektur kompleksinin əsas gözətçisi olan 81 yaşlı arxeoloq Xaled Asaadın başını kəsiblər. 

Üç gün əvvəl isə terrorçular El-Karyateyn şəhərinin Homs əyalətində yerləşən xristian monastırını da dağıdıblar.

Yerli sakinlər tərəfindən Tadmor adlandırılan, bir vaxtların müasir şəhəri sayılan Palmira Suriyanın şərqində, Dəməşq və Deyr şəhərinin arasında strateji əhəmiyyətli yolda yerləşir./anspress/

 


Suriya, Palmira şəhəri


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar