İŞİD YENİDƏN HÜCUMA KEÇDİ
29.11.2014 1583 0
İŞİD terror qruplaşması Kobanidə 4 terror hücumu həyata keçirib.
Məlumata görə, şəhərin yeganə sərhəd qapısına təşkil olunan hücumlar bomba yüklü avtomobillərlə həyata keçirilib.
Kobanini müdafiə edən kürd yaraqlılarının verdikləri itkilər barədə məlumat açıqlanmayıb. "Anadolu" agentliyinin məlumatına görə, hazırda İŞİD-lə peşmərgə qüvvələri arasında şiddətli döyüşlər gedir. Azas Suriya Ordusunun peşmergeyə dəstəyi fonunda İŞİD-in hücumlarının qarşısı alındığı bildirilir.
Qeyd edək ki, kürd yaraqlılar Kobaninin 90 faizinə nəzarət etdiyini bildirirlər.//ANS PRESS
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər