İŞİD terror qruplaşması Amerika Birləşmiş Ştatlarını (ABŞ) hədələyib. Məlumata görə, İraqın paytaxtı Bağdaddan yayımlanan kadrlarda silahılılar Vaşinqtona zərbə endirəcəklərinə dair xəbərdarlıq ediblər. Silahlılar bildiriblər ki, onlar Fransanın paytaxtı Parisdə törətdikləri hücumları Amerikada da təkrarlayacaqlar. Silahlılar İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarını Səlib yürüşləri ilə müqayisə ediblər. Qruplaşma üzvlərinin sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatlara qoşulan bütün ölkələr onların hədəfindədir. Silahlılar hücumların sayını artıracaqlarını və anti-İŞİD koalisiyası ölkələrində Fransa ab-havası yaşadacaqlarını qeyd ediblər.
İraqda Pişmərgə kürd qüvvələrinin İŞİD silahlılarına qarşı əməliyyatları isə davam edir. Hərbi qüvvələr Sincar qapısı adlanan yerdə İŞİD-ə qarşı cəbhə açıblar. İŞİD-çilərin mövqeləri iriçaplı silahlardan atəşə tutulub. Əməliyyatlar 5 saat davam edib. Məlumata görə, döyüşlər nəticəsində 40 silahlı zərərsizləşdirilib. Silahlılar məxsus sığınacaqlar dağıdılıb. Döyüşlərdə kürd əsgərlərindən də yaralananlar olub. 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilir./anspress/