İŞİD yenə edam videosu yaydı (FOTO 18+)
22.07.2015 942 0.0 0

IŞID terror qruplaşması qadağaya baxmayaraq əsirin insanlar qarşısında edamının yeni videosunu yayıb.

Məlumata görə, edamı yerinə yetirən cəllad rolunda bu dəfə "Cihadi Con" çıxış etməyib. Əsiri güllələyən naməlum quldur fransız dilində danışır.

Daha əvvəl İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi terror təşkilatının üzvlərinə vəhşi edam görüntülərinə qadağa qoyduğu barədə göstəriş vermişdi.

 


İŞİD cəlladı "Cihadi Con"un fotosu

 

Bağdadinin məhz bu qərarı İŞİD terror qruplaşmasını ikiyə bölüb. Bağdadi qərarını edam videolarının uşaqları qorxutduğunu və digər müsəlmanları incitməmək fikri olduğu ilə izah edib.

 

Edam videosunda fransız dilində ictimaiyyətə müraciət edən cəllad hamını birləşməyə və İŞİD-ə qoşulmağa çağırıb. O, həmçinin fransız millətinə xüsusi müraciət edib.

“Mən bütün fransızlara müraciət edirəm, qoy bu edam hamı üçün dərs olsun”, - deyə terrorçu cəllad bildirib.

Bundan sonra başkəsənlər dağın zirvəsində əsiri Kalaşnikov avtomatı ilə güllələyərək oradan aşağı atıb. Hələlik maska altında gizlənən cəlladın kimliyi məlum deyil, amma informasiyaya əsasən, onun fransız kökənli olduğu bildirilir.

Terrorçuların edam videosundan görüntüləri/anspress/ 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar