İŞİD yaponlara hücum etdi
11.03.2015 1072 0.0 0

İŞİD terrorçu qruplaşması yapon şirkətlərinə xaker hücumu edib.

Məlumata görə, bu gün yapon şirkətlərinin bir neçəsinin internet-saytı dağıdılıb.

Bildirilir ki, dağıdılan internet-saytlarının ön səhifəsində İŞİD terrorçu qruplaşmanın bayrağı yerləşdirilib.

Terrorçuların dağıtdığı səkkiz iri saytdan 2-si turizm şirkətinə məxsusdur. Bundan başqa saytlarda bu sözlər yazııb: "İŞİD tərəfindən dağıdıldı".

Yaponiya Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hazırda ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.

Xatırladaq ki, bu yaxınlarda İŞİD terrorçuları iki Yaponiya vətəndaşını edam etmişdilər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar