İŞİD uşaqlara belə təlim keçir (FOTO,VİDEO)
20.10.2015 630 0.0 0

İstanbulda İŞİD üçün döyüşçü hazırlayan düşərgə dağıdılıb.

 Türkiyə mətbuatına istinadən verilən məlumata görə, Türk polisinin Pendik əyalətində həyata keçirdiyi əməliyyat nəticəsində 29 nəfər döyüşçü və 24 uşaq həbs edilib. Saxlanılan həmin şəxslər Özbəkistan və Tacikistandan olub.

Cinayətkarlar Türkiyədə özlərinə məktəblər açaraq azyaşlı uşaqları həmin məktəblərdə İŞİD üçün hazırlayıblar.

İstanbulun Terrorla Mübarizə Şöbəsinin eyni vaxtda Pendikdə bir neçə əraziyə etdiyi basqın nəticəsində saxlanan şəxslərin çoxunun Özbəkistanlı olduğunu müəyyən edib. Araşdırmalar zamanı o da məlum olub ki, saxlanılanların Türkiyəyə ölkənin şərq hissəsindən qaçaq yollarla gəliblər. Onlar yaxın vaxtlarda Suriyaya və İraqa gedərək İŞİD-in sıralarına qatılmağı da planlaşdırıblar.

Bu məlumatları əldə edən Türkiyə xüsusi təyinatlıları Pendikdə eyni vaxtda helikopterlərin də dəstəyi ilə daha 5 ünvanda əməliyyatlar həyata keçiriblar. Nəticədə isə 24 nəfər azyaşlı olmaqla, daha 53 nəfər saxlanılıb. Həmin şəxslərin də Özbəkistan və Tacikistan vətəndaşları olduğu müəyyən edilib.

 


Düşərgədə iştirak edən uşaqlar


Xususi təyinatlılar ilkin dindirilmələr zamanı İŞİD üçün döyüşçü hazırlayan şəxslərin xususilə Pendik bölgəsindəki binaların zirzəmilərini kirayə götürdükləri deyiblər. Əməliyyatların keçirildiyi ünvanlarda aparılan axtarışlar zamanı Suriya və İraqda silahlı qarşıdurmaların olduğu bölgələrinin xəritələri və İŞİD-lə bağlı bir sıra sənədlər ələ keçirilib.

Əl-Qaidənin bir qolu olaraq tanınan və daha çox Əfqanıstan sərhəd ərazilərində fəaliyyət göstərən Özbəkistan İslam Hərəkatı bu ilin avqust ayında İŞİD-ə dəvət esilib. Bundan sonra Özbəkistanın kəşfiyyatı Suriya ərazisində 5 mindən daha çox özbək döyüşçüsünün İŞİD-in tərkibində döyüşdüyünü bildirib. Açıqlamada İŞİD-in Özbəkistandaki qruplaşmaları öz tərəfinə çəkmək üçün hər bir döyüşçüyə 20-30 min dollar arası pul verdiyi də məlum olub.

Ümumiyyətlə, bu İŞİD-in hazırladığı ilk belə düşərgə deyil. Onlar uşaqları öz sıralarına dəvət etmək üçün müxtəlif ərazilərdə bu cür təlimlər həyat keçirirlər. Bu yaxınlarda Belə mərkəzlərdən biri Suriyanın şimalında aşkar olunub. "Xəlifənin uşaqları" adlanan həmin təlimlərdə uşaqlara necə vuruşmaq, necə silahdan istifadə etmək, necə danışmaq kimi qaydalar öyrədilir. Burada, əsasən, 15 yaşa qədər olan uşaqlar iştirak edib.

"Onlar bizə boğazı kəsməyi, özünü partlamağı öyrədiblər. Boğazı kəsərkən, əli alına qoymaq, bıçağı boyuna dirəmək və kəsmək lazımdır. Bizə əl qumbarasından istifadəni də öyrədiblər", - deyə 14 yaşlı Əhməd danışıb. Balaca oğlan düşərgədən qaçmağı da bacarıb. O, həmçinin, ona İslam dinini və Quranı məcbur öyrədildiyini də bildirib.

Hərbi düşərgədə 80 uşaq olub ki, onlardan 15-nin 5-6 yaşı olub. 

Hal-hazırda bununla bağlı mübarizə aparılır.

 


 

 

İŞİD-in uşaqlara təlim keçdiyi görüntülər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar