Özünü "Con" olaraq təqdim edən maskalı IŞİD döyüşçüsünün Londondan olduğu və daha əvvəl müəyyən bir pul müqavilində Türk səlahiyyətlilərinə 11 girovu təslim edilməsində başçılıq edən şəxsin də “Con” olduğu iddia olunur.
İngiltərənin Guardian qəzetinin yazdığına görə , qəzetə bir neçə ay əvvəl Rakka şəhərində girov olduğunu söyləyən bir qaynaq,
Amerikalı jurnalistin başını kəsən "Con" kod adlı şəxsin Rakkadaki qərbli girovlar üzərində məsul şəxs sayılan üç İngilis cihadçıdan birinin olduğunu söyləyib.
Suriyadakı qaynaqlar isə terrorçunu, həbs olunan xarici millətlərdən girovların ailələri ilə internet üzərindən qurulan danışıqlarda aparıcı əlaqələndirici kimi tanıyır.
Digər tərəfdən terrorla mübarizədəki mütəxəssislər və dil alimləri, qəzetə, IŞİD nümayəndəsinin Suriya və İraqda döyüşmək üçün İngiltərədən gedən və İngiltərə doğulan 500 cihatçıdan birinin hesab olunduğu söyləyərkən İngiltərə və Amerikadakı təhlükəsizlik xidmətləri isə yayılan videodaki terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə səs alimləri ilə birlikdə şəxsin müəyyənləşdirilməsi üçün birgə işə başladıqlarını açıqlayıb.
İngiltərədəki rəsmi strukturları isə bu günə qədər ortalama 700 Fransız və 500 Belçikalı ilə birlikdə Britaniyanın da fərqli şəhərlərindən 500 yaxın yaraqlının Suriya və İraqda döyüşmək üçün ölkələrini tərk etdikləri açıqlayıb.