İŞİD terror qruplaşması həyata keçirdiyi növbəti dəhşətli edam metodu ilə dünyanın gündəminə gəlib. Məlumata görə, terrorçu qrup cəsus olmaqda ittiham etdiyi şəxsləri başlarına bağladığı bombaları partladaraq edam edib.
Sosial şəbəkələrdə bu qanlı hadisəni əks etdirən video çarx yayılıb. Video görüntüdə məhkumlar əvvəl boyunlarından naqillə bir-birinə bağlanır və daha sonra tükürpərdici edam həyata keçirilir.
Qruplaşmanın törətdiyi vəhşilik baş verənlərlə məhdud qalmaytıb. Cəsusluqda ittiham edilən daha iki nəfər başından güllələnərək öldürülüb. Başqa bir məhkum isə terrorçuların adlarını təhlükəsizlik qüvvələrinə bildirməkdə ittiham edilərək başı kəsilib.
İŞİD terror qruplaşması bundan əvvəl də həyata keçirdiyi dəhşətli edam üsulları ilə bütün dünyanın gündəminə gəlmişdi.
Ən çox məhkumları başlarını kəsərək edam edən terrorçular, bundan başqa insanları hündür yerdən atmaq, diri-diri yandırmaq, başlarını daşla əzmək kimi vəhşi üsullarardan istifadə etmişdi. /anspress/