İŞİD terrorçuları Əl-Babda azı 30 dinc sakini öldürüb
26.12.2016 730 0
İŞİD terrorçuları Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsindən qaçmaq istəyən ən azı 30 dinc sakini öldürüb.
Məlumata görə, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Dinc sakinlərin arasında çoxlu sayda yaralıların olduğu bildirilir. Qurudan və havadan endirilən zərbələr nəticəsində terrorçuların 113 mövqeyi məhv edilib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında “Fərat qalxanı” adlı əməliyyata başlayıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər