Rusiya paytaxtı Moskvada terror qruplaşmasına yeni üzvlər toplamaqla məşğul olan İŞİD terror qruplaşmasının 20 tərəfdarı saxlanılıb. Məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən Rusiya mətbuatı xəbər verib.
"Federal Təhlükəsizlik Xidmətinin və polisin birgə əməliyyatı zamanı təxminən iyirmiyə yaxın şəxs saxlanılıb. Onlar İŞİD terror qruplaşması ilə əlaqələrdə şübhəli bilinirlər. İlkin məlumatlara görə, onlar Moskvada yeni üzvlərin axtarışlarıyla və cəlb olunmasıyla məşğul olublar", - deyə mənbə bıldirib.
Saxlananlardan elektron texnika və sənədlər götürülüb. Saxlananlardan bir çoxu Özbəkistandan gəlmədir. Onlarda həmçinin müxtəlif ölkə vətəndaşlarına rəsmiləşdirilmiş sənədlər götürülüb.
RIA
Hələ ötən ilin oktyabrında Bakıda MDB dövlətləri təhlükəsizlik orqanları və xüsusi xidmətləri rəhbərləri Şurasının 39-cu toplantısında MDB ölkələri, o cümlədən Azərbaycan üçün əhəmiyyət daşıyan və sual doğuran bəzi fikirlər səsləndirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov İŞİD təhlükəsi ilə bağlı MDB ölkələrinə xüsusi xəbərdarlıq edib. O bildirib ki, hazırda terror strukturlarının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşı döyüşür və belə muzdluların payı 40% təşkil edir. FTX rəhbəri onu da qeyd edib ki, "Ərəb baharı” çərçivəsində dünyada və regionda bəzi ölkələrin İŞİD terror təşkilatına verdiyi dəstək nəticəsində bu terror təşkilatının gücü artıb və bu yolla həmin ölkələr öz siyasi niyyətlərinin həyata keçirilmək istiqamətində fəaliyyətlərini gücləndirib.
Toplantıdan sonra MDB xüsusi xidmətlərinin rəhbərlərini Vladimir Putin qəbul edib. Onun görüş zamanı səsləndirdiyi "dünyada heç bir dövlət təkbaşına terrorizmə qarşı səmərəli mübarizə apara bilməz” kimi fikirləri İŞİD-ə qarşı birgə mübarizənin anonslarından biri kimi qəbul olunur./anspress/