İŞİD Suriyada iki türk hərbçisini girov götürdüyünü iddia edir
30.11.2016 655 0.0 0

İŞİD terror qruplaşmasının üzvləri Suriyada itkin düşən iki türk hərbçisini girov götürdüyünü elan edib. 

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə “SITE Intelligence Group” nəşri məlumat yayıb.   

 

 “İŞİD Hələb istiqamətindəki Əl-Bab şəhərinin şərqində yerləşən kənd yaxınlığında iki türk hərbçisini əsir götürdüyünü bildirib”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, bundan  əvvəl yayılan xəbərdə bildirilib ki, Türkiyə ordu komandanlığı Suriyada “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqəni itirib.

 

 “15.30 radələrində  “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqə kəsilib, onların axtarışı davam etdirilir”, - deyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının

məlumatında bildirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar