İraq ordusunun Tikrit şəhərinin çox hissəsini İŞİD terrorçularından geri almasından sonra, Suriyadan da İŞİD-in geri çəkilməsi barədə xəbərlər yayılmağa başlayıb.
Belə ki,yayılan məlumatlara görə, Suriyada İŞİD terror təşkilatının nəzarətində olan Hələb səhərinin şərqindəki Qarakozak kəndini boşaltdığı bəyan edib.
Yerli sakinlərin mətbuata verdiyi məlumata görə, şiddətli qarşıdurmalardan sonra Qarakozak körpüsündən bir-neçə kilometr məsafədə yerləşən Əl-Məcbəl bölgəsində nəzarəti əldən verdiyini və İŞİD qüvvələrinin əl-Cəssanə kəndlərinə doğru çəkildiyini bildiriblər.
Xatırladaq ki, məlumata görə şiddətli savaş nəticəsində İŞİD terrorçuları Hələb-Hasəki yolu üzərində yerləşən ərazidə gediş-gəlişi ətraf kəndlərlə birləşdirən yeganə körpü olan Qarakozak körpüsünü partladaraq istifadəyə yarasız hala salıblar.