İŞİD Səudiyyə Ərəbistanını hədələyib
06.01.2016 574 0.0 0

İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.
 
“Milliyet”ə istinadən verilən xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-ün "Əl-Qaidə" ilə əlaqədə ittiham olunmasıdır. İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan “Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. “Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür” - deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında edam edilənlərin arasında şiə lider Nimr ən-Nimr də olub. Bu hadisə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaradıb, iki ölkə arasında diplomatik əlaqələr kəsilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar