İraq və Suriyanın bir hissəsini işğal altında saxlayan İŞİD terror təşkilatı törətdiyi növbəti vəhşiliklə gündəmə gəlib. Məlumata görə, İŞİD cəlladları qədim Palmira şəhərinin arxitektoru Xalid Əsədi edam edib. Bu barədə xəbəri Suriya Muzeylər və Tarixi Əsərlər İdarəsinin direktoru Mamoun Əbdülkərim yayıb. Əbdülkərim, Palmiranın baxım işləri ilə məşğul olan Əsədin əvvəl İŞİD terrorçuları tərəfindən girov götürüldüyünü, sonra isə edam olunduğunu bildirib. Direktor həmçinin edam olunduqdan sonra Əsədin cəsədinin Palmiranın mərkəzindəki qədim sütunlardan birindən asıldığını qeyd edib.
Təxminən 50 ildir Palmira şəhərinin baxımı, restovrasiyası və bərpası ilə məşğul olan Xalid Əsədin bu açıq hava muzeyində çox sayda əl işi olduğu bildirilir.
İŞİD terrorçuları bu ilin may ayından Palmirada nəzarəti ələ keçirib və bu qədim şəhərin xarabalıqlarını yerlə-yeksan ediblər. /anspress/