İŞİD ƏRDOĞANI TƏHDİD ETDİ (VİDEO)
31.10.2014 1847 0.0 0

İŞİD terror qruplaşması internetdə yaydığı video vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid edib.

 Məlumata görə, videoda Ərdoğana xitab olaraq, "Sənin xəlifəliyin sona çatdı" deyilir.

2,38 dəqiqəlik videoda İŞİD Türkiyənin Əfqanıstanda keçirilən "səlib yürüşləri"ndə baş rol almaqda ittiham etməklə yanaşı rəsmi Ankaranı ABŞ başda olmaqla qurulan koalisiya ilə birlikdə hərəkət etdiyini bildirib. 

Oktyabrın 10-da internetə yerləşdirilən görüntülərdə Ərdoğan "Müsəlman qardaşları"nın xəlifəsi kimi təqdim edilib: 

"Sənin xəlifəliyin sona çatdı. Türkiyə təkbirlərlə açılacaq və kimsə bizə mane ola bilməyəcək. Allahın gücü sizin şeytani koalisiyanızdan daha güclüdür. Bunu görəcəksiniz". 

http://www.youtube.com/watch?v=_ljKQCtGFG0

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar