İraqin Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror qruplaşmasının rəhbəri Əbu Umar əl-Bağdadinin bacısı barədə edam hökmü çıxarıb.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə yerli "Al Sumaria" telekanalı məlumat yayıb.
Bildirilir ki, əsl adı Həmid əz-Zaui olan terrorçu 2006-2010-cu illərdə "Əl Qaidə"nin İraqdakı özəyinə yaxud İŞİD-ə çevrilmiş "İraq İslam dövləti"nə rəhbərlik edib. O, ABŞ-ın 2010-cu ildə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Həmid əz-Zauinin varisi Əbu Bəkir əl-Bağdadi olub.
Məhkəmənin nümayəndəsi Əbdül-Səttar Berekdarın sözlərinə görə, Mərkəzi Cinayət Məhkəməsi ittiham edilənlərdən birinin işinə baxıb. Bu, əl-Bağdadinin bacısıdır. Müttəhim terror qruplaşmasının üzvü olduğunu etiraf edib. Qadın silahlıları maliyyələşdirib və onlara loqistik dəstək, yardım göstərib.
Məhkəmə İraqın terrorçuluqla mübarizə haqqında qanununa müvafiq hökm çıxarıb - adı açıqlanmayan qadın asılaraq edam olunub. Onun əri də terrorçu olub və daha əvvəl edam edilib.