İŞİD qruplaşması liderlərindən birinin öldürüldüyünü təsdiqləyib
11.10.2016 552 0
İŞİD qruplaşması ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində liderlərindən birinin öldürüldüyünü təsdiqləyib.
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, sentyabr ayında bombardman zamanı ölən Salman əl-Fayad (o, həmçinin doktor Vail kimi tanınırdı) İŞİD qruplaşmasının “informasiya naziri” sayılırdı.
Sentyabrın 7-də Pentaqonun nümayəndəsi Piter Kuk Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birinin məhv edildiyini bəyan edib: “İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər