İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tutuldu
12.08.2015 720 0
Terror qruplaşması İŞİD-ə qoşulmaq üçün Azərbaycandan Ankaraya uçan azərbaycanlı kişi Esenboğa hava limanında saxlanılıb.
Məlumata görə, Ankara polisinin terrorla mübarizə şöbəsindən bildirilb ki, hava limanında saxlanılan 49 yaşlı azərbaycanlı Bəkir Qalibovun çantasında 17 ədəd zirehli gödəkcə, şpris və digər səhiyyə vəsaitləri aşkar olunub.
Bəkir Qalibov dünən axşam təyyarədən enən zaman saxlanılıb. Polis onun Suriyaya İŞİD-ə qoşulmaq üçün gedənlərdən biri olmasından şübhələnib. Buna görə də, 49 yaşlı azərbaycanlının çantasında axtarış aparmaq qərarı verilib.
Bəkir Qalibov Ankara polisi tərfindən nəzarətə götürülüb. Şübhəlinin daha sonra Ankara təhlükəsizlik qüvvələri tərəfindən ölkədən çıxarılacağı gözlənilir./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər