Mosulun İŞİD-in əlinə keçməsini görən İran hökuməti “şiə hilalı”nın dağılmaması üçün zahirən İŞİD-ə oxşar bir qruplaşma qurub.
Məlumata görə, İŞİD terror qruplaşması ilə mübarizə üçün yaradılan qrup 9 ay içərisində tam şəkildə təşkilatlandırılıb, ağır silah və texnika ilə təmin edilib.
İŞİD yaralıqlarının Suriya və İraqda böyük bir əraziyə və hakimiyyətə sahib olması İranda narahatlıq yaratmaya bilməzdi. Buna görə də rəsmi Tehran bu iki ölkədə öz hesabına döyüşən birliklərə dəstəyini artırıb. Ən böyük dəstəyi isə yeni yaratdılan Əl-Xorasani briqadasına verib. Qruplaşmanın rəhbəri isə Seyid Əli Yasəridir.
Qeyd edək ki, İraqın Tiqrit şəhəri əməliyyatlarında iştirak edən silahlıların əksəriyyətinin bu qruplaşmanın üzvü olduğu bildirilir./anspress/