İraq ordusu daha bir cəbhədə İŞİD-ə qarşı mübarizə başladıb. Məlumata görə, hərbi qüvvələr əl-Səcəriə şəhərində İŞİD mövqelərini intensiv atəşə tutublar.
Hər iki tərəfdən çoxlu sayda itki olduğu bildirilir. İraq rəhbərliyi döyüşlərdə güclü müqavimətlə qarşılaşdıqlarını bildirib. Döyüşlər küçələrdə daha qızğın xarakter alıb. Silahlılar bir neçə yerdə partlayışlar törədiblər.
İraq ordusu bir müddət əvvəl Ramadi şəhərini silahlıların nəzarətindən azad etməyə nail olmuşdu. Əməliyyatlara, eyni zamanda, Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələrinin də dəstəyi olub.
İŞİD-ə qarşı mübarizə, eyni zamanda, Suriyanın Deyr əz-Zor şəhərində də qızğın xarakter alıb. CNN telekanalının verdiyi məlumata görə, döyüşlərdə 100-dən çox döyüşçü və mülki şəxs öldürülüb.
Rusiyaya məxsus qırıcılar döyüşlərdə Suriya ordusuna dəstək olub. Rejim qüvvələri şəhərin cənub hissəsində hava limanını ələ keçirməyə çalışan silahlılarla döyüşlərə girib.
İŞİD-in dəstə başçıları həftənin əvvəlindən hökumətin nəzarəti altında olan bəzi yerləri ələ keçirdiklərini bildiriblər./anspress/
Suriya xəritədə