ABŞ liderliyindəki beynəlxalq koalisiyanın, təhlükəsizlik güclərinə dəstək vermək məqsədiylə tayfa mənsublarından "50 min nəfərlik bir güc" meydana gətirəcəyi bildirilir.
Ənbar İl Şurasının sədri Sabah Kerhut AA-ya verdiyi açıqlamada, beynəlxalq koalisiyanın, "təhlükəsizlik güclərinə dəstək verən tayfa güclərindən peşmərgəyə bənzər bir quruluş" yaradılacağını söyləyib.
Bu məlumatı ona ABŞ-ın Bağdad səfiri Stuart Jonesin tərəfindən dünən axşam şəxsən aldığını deyən Kerhut, 50 min nəfərdən yaradılacaq bu ordunun təlim və silahlandırılmasını beynəlxalq koalisiyanın maliyyələşdirəcəyini ifadə edib.
Kerhut, sözü gedən məsələnin, Enbardan bir heyətin Vaşinqtona edəcəyi səfərdən sonra yaradılacağını qeyd edərək, "Bu güc, təlim və silahlandırma mərhələlərini tamamladıqdan sonra Enbardaki bütün bölgələrin İŞİD döyüşçülərinin təmizlənmə, vilayətin sərhədlərini qoruma vəzifələrini boynuna götürəcək" deyə bildirib.