İŞİD nüvə qətliamına hazırlaşır
02.10.2015 658 0.0 0

İraqın və Suriyanın bir hissəsini işğal altında saxlayan “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması qərbi nüvə silahı ilə vurmaq üçün planlar hazırlayır.Məlumata görə, bu fikirləri alman jurnalist Yurqen Todenhofer iddia edib. İŞİD silahlıları birlikdə 10 gün keçirən jurnalist terrorçuların planları barədə hazırladığı “İŞİD ilə 10 gün” (Inside IS- Ten Days In The Islamic State) kitabında məlumat yazıb. 

 

Yurqen terrorçularla birlikdə 

ABŞ-ın Yaxın Şərq siyasətini tənqid etdiyi üçün İŞİD-lə rahat təmas qurduğu bildirilən 75 yaşlı Todenhofer qruplaşmanın qərbdə silsilə nüvə hücumlarına hazırlaşdığını iddia edib. 

Bölgəyə getməzdən əvvəl İŞİD üzvləri ilə aylar boyu Skype vasitəsi ilə görüşdüyünü və məlumatlar aldığını deyən alman yazar qruplaşmanın hər hansı bir elektronik cihaza izn verməməsi səbəbindən əlində qeyd olunmuş hər hansı bir material olmadığını bildirib. Silahlılarla üz-üzə görüşdüyünü deyən Yurqen kitabı birbaşa aldığı məlumatlar əsasında yazdığını deyib. 

 


Bölgəyə getməzdən əvvəl İŞİD-in internetdə yayılmış vəhşi videolarına baxaraq bu səfərə hazırlaşdığını deyən alman jurnalist həqiqətin daha dəhşətli olduğunu vurğulayıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar