İŞİD Mosulda məscidin partladılmasında ABŞ-ı günahlandırıb
22.06.2017 683 0.0 0

İŞİD Mosulda məscidin partladılmasında ABŞ-ı günahlandırıb.

 

“AFP” agentliyinə istinadən verdiyi xəbərə, silahlılar məscidin ABŞ aviasiyasının endirdiyi hava zərbəsi nəticəsində dağıldığını iddia edib.

 

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi Con Dorrian terrorçuların ittihamlarını rədd edib.  Bundan əvvəl İraq hərbçiləri bəyan edib ki, Mosulun əsas məscidi “Ən-Nuri” İŞİD silahlıları tərəfindən partladılıb.

 

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

 

2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar