Misir ordusuna hücumları zamanı 70-ə yaxın hərbçini qətlə yetirən İŞİD Sina yarımadasındakı Şeyx Züveyd qəsəbəsini ələ keçirib.
Məlumata görə, indiyə kimi Suriya, İraq və Liviyada torpaq əldə etmiş İŞİD ilk dəfədir ki, Misirdə müəyyən yaşayış məntəqəsini nəzarətə götürür. Silahlı qruplaşmanın buradan Qazzəyə qədər irəliləməsi ehtimal edilir.
Yaranmış vəziyyət Misir hakimiyyətində jiddi narahatlıq doğurub. Baş nazir İbrahim Mehleb ölkəsinin rəsmən müharibə vəziyyətində olduğunu bildirib.
Misir ordusundan verilən açıqlamada isə silahlı qüvvələrin terrora qarşı amansız bir savaşa qalxdığı bildirilir. “Bu qara terroru kökündən qazımaq üçün lazım olan iradə və istəyə sahibik. Sina yarımadası terrordan təmizlənə qədər dayanmayacağıq”,- deyə ordudan yayılan açıqlamada vurğulanıb.
Yerli qəzetlərin yazdığına görə, əsasən bədəvilərin yaşadığı Şeyx Züveyd qəsəbəsini ələ keçirən İŞİD yollara mina döşəyərək Misir ordusunun yaxınlaşmasına mane olub. Buna görə də silahlı qruplaşmanın Sina yarımadasında yerləşən digər qəsəbə Əl Arişi ələ keçirə biləcəyi düşünülür.
Terrorçuların işğal xəritəsi
Qəzzaya qədər irəliləyə bilən İŞİD tərəfdarlarının vasitəsi ilə sektoru ələ keçirə bilər. Beləliklə, Sinay yarımadasında fəaliyyət güstərən "Ənsar Beyt əl-Makdis" qruplaşmasının döyüşçülərinin İŞİD-ə sədaqət andı içməsindən sonra regionun iki düvləti - Misir və İsrail yeni müharibə təhlğkəsi ilə ğz-ğzə qalıb.
Misirlə yanaşı İsrail də İŞİD-ə qarşı mübarizəyə başladığını bəyan edib. İsrail ordusunun Misirlə sərhəddə yerləşən hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib. Baş nazir Benyamin Netanyahu İŞİD-ə qarşı mübarizədə Misirə dəstək verəcəyini vurğulayıb.
Lakin İsrail mətbuatını izlədikdə anlamaq olur ki, bu ölkənin hərbçiləri heç də bu məsələdə baş nazirlə həmfikir deyillər. Məsələn, İsrail müdafiə nazirliyinin departament rəhbəri, istefada olan general Amos Qilad öz ölkəsinin ordusunun bu məsələyə qarışmamasını vacib sayır.
“Biz Qəzza sektorunda və Suriyada terror qruplaşmalarının qarşıdurmasına müdaxilə etməyəcəyik. İndiki balans qorunduqca İsrail ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək”,- deyə general Amos Qilad bildirib./anspress/