İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinə endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderinin müavini məhv edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Press-TV telekanalı məlumat yayıb.
“İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinin Barvani rayonuna endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində ikinci adam hesab edilən, başçı Əbu Bəkr Əl-Bağdadinin müavini Assi Əli Nasir Əl-Obeydi öldürülüb”, deyə məlumatda bildirilir.
“Kərkük əyalətinin Havica şəhərindən olan İraq ordusunun keçmiş polkovniki Assi Əli Nasir Əl-Obeydi fərariliyə görə həbs edilərək bir müddət “Əbu-Qreyb” həbsxanasında saxlanılıb. 2013-cü ildə həbsxanadan qaçan Əl-Obeydi İŞİD-in komandirlərindən biri olaraq özünə Əbu Ömər əl Obeydi adı götürüb. O həmçinin İŞİD-in hərbi şurasına rəhbərlik edib”, deyə telekanal bildirib.