İŞİD lideri Mosuldan qaçıb
07.11.2016 556 0
İraq ordusu İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin Mosuldan qaçdığı barədə məlumat yayıb.
"Novosti” agentliyinə istinadən verilən xəbərə görə, İraq ordusunun mətbuat xidməti kəşfiyyat mənbələrinin İŞİD liderinin aivazərbələrdən qorunmaq üçün 150 ailə ilə birlikdə Mosulu tərk etdiyini təsdiqlədiyini bəyan edib.
Qeyd edək ki, bundan Ə. Əl-Bağdadi İŞİD terrorçularına müraciətində nəyin bahasına olursa-olsun, Mosulu müdafiə etməyə çağırmışdı. Eyni zamanda Türkiyəni zədələmişdi.
Əsl adı İbrahim Avad İbrahim əl-Badri olan İŞİD lideri 2014-cü ilin iyunundan terrorçu təşkilata rəhbərlik edir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər