İŞİD kimyəvi silah istehsal etməyə çalışır
20.11.2015 572 0.0 0

İŞİD terror qruplaşması kimyəvi silah istehsal etmək üçün tədqiqatlar və sınaqlar işəri aparan xüsusi bölmə yaradıb.  “Gazeta.ru”ya istinadən verilən xəbərə görə, bu barədə  “Associated Press” məlumat yayıb. Amerikalı məmurlar terrorçuların yeni növ silah istehsal etmək imkanına malik olmadığını iddia edirlər.  
 
Məlumata görə, İŞİD tədqiqatların aparılmasına xüsusi olaraq  İraq, Suriya və digər ölkələrdən olan alimləri cəlb edib.
 
Bundan əvvəl Fransa kimyəvi və bioloji silah təhlükəsinin olduğunu bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar