İŞİD-in pilotsuz təyyarəsi vuruldu
20.03.2015 715 0.0 0
İraqdakı koalisiya qüvvələri ilk dəfə İslam Dövlətinə (İŞİD) məxsus pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıblar.

 

 “The Daily Beast”-ə istinadən verdiyi məlumata görə, Əl-Fəlluca şəhəri yaxınlığında aviazərbə nəticəsində İŞİD-ə məxsus, məsafədən idarə olunan uçuş aparatı və aparatın idarə olunduğu avtomobil məhv edilib.

 

Əl-Fəlluca şəhərinin də daxil olduğu Anbar əyaləti isə hələlik əsasən İŞİD qüvvələrinin nəzarəti altındadır.

 

Qeyd edək ki, hazırda İraqda döyüşlər Tikrit şəhərində gedir. Hökumət qüvvələri şəhərdə islamçıların olduğu kvartalları mühasirəyə alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar