Rusiya qırıcıları Suriyada İŞİD terror qruplaşmasının neft anbarına od vurub.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi terrorçuların mövqelərinə atılmış raketlərin videosunu yayıb.
Rusiya İŞİD terror qruplaşmasının iqtisadi obyektlərinə ciddi zərər vurub. Ruslar terrorçuların Deyr-əz-Zor əyalətində yerləşən neft emal edən zavod və neft anbarlarını məhv edib. Müdafiə Nazirliyi aviazərbələr nəticəsində dağıdılan anbarların videosunu yayıb. Videodan görünür ki, rus qırıcılarının zərbələri nəticəsində anbarlar darmadağın olunub.
Anbarların məhv edilmə anı
Noyabrın ilk günlərində rəsmi Moskva Suriyaya yeni zenit raket komplekslərini göndərib. Bu barədə mətbuata Rusiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin baş komandanı general-polkovnik Viktor Bondarev açıqlama verib. Rusiya Suriyada zenit raket sistemlərini İŞİD terror qruplaşmasının zərbələrindən qorunmaq üçün yerləşdirdiyini qeyd edib. Viktor Bondarev bildirib ki, Suriyada qırıcı təyyarələr, zenit kompleksləri, bir sözlə müxtəlif silah arsenalı yerləşdirilib. Onun sözlərinə görə, belə bir addım təhlükələrə hazır olmaq üçün atılıb.
"Biz bütün mümkün təhlükələri nəzərdən keçirmişik və buna tam hazırıq", - deyə general-polkovnik Viktor Bondarev bildirib. Suriyada hərbi texnikanın sayı barədə suala cavab verərkən general deyib ki, hazırda Suriyada Rusiyaya lazım olan sayda 50-dən artıq təyyarə və helikopter var: "Bizə bundan artıq hələ ki, lazım deyil”.
Suriya xəritədə./anspress/