Liviyada İŞİD terror qruplaşmasının lideri Moxtar Belmoxtar ABŞ hava zərbəsinin hədəfinə tuş gəlib.
Məlumata görə, bu barədə Pentaqon-un saytı xəbər yayıb.
Bildirilir ki, ABŞ təyyarəsi tərəfindən endirilən zərbə nəticəsini verib və İŞİD-in ən önəmli şəxsi öldürülüb.
Lakin Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hökuməti bəyan edib ki, Belmoxtar və digər silahlılar ölkənin şərqində Ajdabiya şəhərində əməliyyatda öldürülüb. Onun öldürülməsi barədə əvvəllər də məlumatlar yayılıb.
M.Belmoxtar 2013-cü ildə Əlcəzairdə qaz zavoduna hücum planlaşdırmaqda ittiham olunur. Həmin hücumda əsasən xaricilər olmaqla 38 nəfər öldürülüb.
Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qaddafi devriləndən Liviya qara gününü yaşayır. Ayrı-ayrı silahlı dəstələr hakimiyyət uğrunda mübarizə aparır./anspress/