Sensasiyalı video.
“Kiber-Berkut” hakerləri amerikalı senator Con Makkeynin ətrafında olan siyasətçilərdən birinin elektron avadanlığını sındıraraq, sensasiyalı video ələ keçiriblər.
Qazeta.info bildirir ki, bu barədə Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, həmin şəxsin soyadı açıqlanmır.
Hakerlər videonu yaymaqla bütün dünyaya terrorçuların səhnələşdirilmiş edamlarının arxasında kimin dayandığını göstərmək istəyiblər.
“Kiber-Berkut”un internetdə yaydığı videoda İŞİD yaraqlıları tərəfindən əsirin səhnələşdirilmiş edamı yazılıb.
Qanlı edam çoxlu kamera və düzgün qurulmuş işığın olduğu kinopavilyonda çəkilib.
Bundan başqa, hakerlərin sözlərinə görə, onlar elektron daşıyıcıda bu video ilə yanaşı bir çox maraqlı məlumatlar əldə ediblər, lakin onlar hələlik yalnız bu videonu yaymağa qərar veriblər.
“Kiber-Berkut”un məlumatından:
“Əziz senator Makkeyn! Sizə məsləhət edirik ki, növbəti dəfə xarici səfərlərə, xüsusən də Ukraynaya səfərlərə özünüzlə məxfi sənədlər gətirməyəsiniz”.