İŞİD-in 20 üzvü həbs edildi
22.03.2015 722 0
Tunisdə bir qədər əvvəl “Bardo” muzeyinə edilən hücumda şübhəli bilinən 20 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılan şəxslərdən 10-unun hücumun planlaşdırılmasında əli olduğu ehtimal edilir.
Hücum zamanı 24 nəfər ölmüş, 40-dan çox insan yaralanmışdı. Ölənlərin əksəriyyəti avropalı turistlərdir.
Hücuma görə İŞİD silahlı qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Bir qədər əvvəl Tunis rəhbərliyi silahlıların muzeyə hücum etməkdə əsl hədəflərinin ölkə iqtisadiyyatın əsas sahəsini təşkil edən turizm sənayesinə zərbə vurmaq olduğunu açıqlamışdı./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər