İŞİD terror qruplaşması 2015-ci ildə nəzarət etdiyi ərazilərin 14%-ni itirib və ən böyük itkilərini ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin hava zərbələri nəticəsində yaşayıb.
“Milliyet”ə istinadən verilən xəbərə görə, bu barədə İngiltərədə yerləşən "İHS Janes" beyin mərkəzinin hesabatında deyilir.
Hesabata görə, Suriya-Türkiyə sərhədində yerləşən Tel Abyad, İraqın Tikrit şəhəri, Beyci neftayırma zavodu, eləcə də Rakka və Mosul arasındakı əsas yol İŞİD-in 2015-ci ildə itirdiyi ərazilər arasındadır. Terrorçuların nəzarət etdiyi ərazilər 12 min 800 kv km azalaraq 78 min kv km-ə qədər enib.
Bununla yanaşı, İŞİD il ərzində Suriyanın qədim Palmira və İraqın Ramadi şəhərlərini ələ keçirib. 2015-i ildə İraq öz ərazilərinin 6%-ni geri alıb. Ərazisinin 16%-ni itirən Suriya isə il ərzində ən böyük torpaq itkisi ilə üzləşən dövlət olub./apa/