İtaliya Daxili İşlər naziri Ancelino Alfano ölkəsinin və paytaxt Romanın terror təşkilatı IŞİD-in ilk hədəfləri arasında olduğunu söyləyib.
İtaliya Daxili İşlər naziri Ancelino Alfano parlamentin alt qanadı Nümayəndələr Palatasında məclis nümayəndələrinə verdiyi açıqlamada ölkəsinin IŞİD-in terror hücumları üçün ilk hədəf ola biləcəyini ifadə edərək, "Xristianlığın beşiyi olaraq; İtaliya və Romanı IŞİD üçün ikinci növbəyə saxlayacaq hədəf deyil" sözləriylə ifadə edib.
Ölkələrinə yönəlik hazırlanmış hər hansı bir terrorist fəaliyyəti haqda faktın qeydə alınmadığını söyləyən Alfano, IŞİD-in əvvəlkilərin sahib olmadığı növdən qaynağı olan bir təşkilat olduğunu və Avropa libası geyinərək, qlobal təhlükəsizlik üçün gözlənilməz bir mübarizə başlamaq üzrə olduğunu ifadə edib.
Daxili İşlər naziri Alfano, İtaliyaya Afrikadan Aralıq dənizi aşaraq gələn qaçaq immiqrantlar arasında IŞİD terroristləri ola biləcəyinə dair bir işarə olmadığını ancaq belə bir riskin mümkün olduğunu da qeyd edib.
Alfano, 514 dərnək, 396 ibadət yeri və Roma, Milano, Colle Val dElsa, Ravennadaki 4 kilisədən ibarət dini təşkilatlara böyük diqqət göstərildiyini bildirib.
İtalyan daxili işlər naziri, IŞİD-in təxminən 10 min ilə 100 min adam arasında üzvü olduğunu, bunların böyük hissəsinin İraq və Suriya ətrafındakı ölkələrdən gəldiyini, yalnız bir tərəfdə Çeçenlərin olduğunu qeyd edib. Qərbdən IŞİD sıralarına qatılanların çoxluğundan bəhs olunsada qəti rəqəmin bilinmədiyini dilə gətirən Ancelino Alfano, İtaliya üzərindən 48 adamın İŞİD-ə qoşulduğunu və bunlardan 2 -sinin İtalyan olduğunu bildirib.