İraqın Əmiriyyətül Fəlluca bölgəsinin, İraq təhlükəsizlik qüvvələri tərəfindən IŞİD-dən geri alındığı bildirilir.
İraqın qərbində yerləşən Anbar mahalının ərazi tərkibinə aid olan Əmiriyyətül Fəlluca bölgəsinin, İraq təhlükəsizlik qüvvələri tərəfindən IŞİD-dən geri alındığı bildirildi.
Paytaxt Bağdadda yerləşən Baş nazirlik iqamətgahından veriən məlumatda, uzun müddətdir IŞİD-in əlində saxladığı, sakinlərinin əksəriyyəti sünnilərdən ibarət olan Əmiriyyətül Fəlluca, Duvelibe, əl-Mahasinə və əl-Medarih bölgələrinin təhlükəsizlik qüvvələri tərəfindən təşkilatdan geri alındığı xəbəri yayılıb.
Türkiyə mətbuatının bildirdiyinə görə, Bağdadın qərbində yerləşən Anbar mahalının ərazi tərkibinə aid olan qəsəbəsinə 30 kilometr uzaqlıqda olan Əmiriyyətül Fəlluca, uzun müddətdir xüsusilə şimaldan IŞİD-in nəzarətində olub.
İraqda, IŞİD liderliyindəki silahlı qrupların iyun ayında Mosul başda olmaqla bəzi bölgələri ələ keçirməsindən sonra, IŞİD ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmalar davam edir. İraq ordusu və ABŞ-a aid hava qüvvələri də bir müddətdir IŞİD-in nəzarətindəki bəzi hədəflərə hava hücumları təşkil edir.