İŞİD Fransa kanalına hücum etdi (FOTO)
09.04.2015 753 0
Fransanın "TV5 Monde" televiziya kanalının sosial şəbəkəsi və akkauntları İŞİD tərəfdarı tərəfindən sındırılıb.
Məlumata görə, bu barədə xəbəri "Agence France-Presse" öz tvitter səhifəsində yayıb.
Teleşirkətin saytına giriş zamanı “Sayt hazırda profilaktikadadır. Səbrli olduğunuz üçün çox sağolun” yazılıb. Telekanalın səhifəsində hakerlər İŞİD-lə mübarizədə iştrak edən fransız əsgərinin şəklini qoyublar.
“Biz artıq istənilən kanalımızın yayımını edə bilmirik. Bizim veb-saytlarımız və sosial şəbəkələrimiz bizim nəzarətimiz altında deyil”- deyə şirkətin baş direktoru İv Biqo bildirib.
Telekanalın saytının nə vaxt normal fəaliyyətə başlayacağı bildirilmir./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər