İŞİD Əfqanıstanda 13 üləmanı oğurlayıb
15.01.2017 751 0.0 0

İŞİD terrorçuları Əfqanıstanın cənubundakı Nanqarxar əyalətində 13 üləmanı oğurlayıb.

 

“Sinxua” agentliyinə istinadən verilən məlumata görə, din xadimlərindən ibarət qrup  bu gün səhər əyalətin Haski Mina rayonundakı mədrəsədə tələbələr üçün imtahan təşkil edib.

 

Həmin vaxt İŞİD terrorçuları mədrəsəyə hücum edib və 13 üləmanı da özləri ilə götürərək oranı tərk edərək naməlum istiqamətdə gediblər. Hüquq-mühafizə orqanları din xadimlərinin azad edilməsi üçün tədbirlər görür. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar