İŞİD terrorçuları növbəti dəfə öz niyyətlərini açıqladıqları bir video yayıblar. Məlumata görə, videoda terrorçular ABŞ-dakı Azadlıq heykəlinin başını kəsib, əlində isə məşəl əvəzinə İŞİD terror qruplaşmasının bayrağı dalğalanır.
Daha sonra terrorçular diqqəti Azadlıq heykəlinin ətrafındakı binalara yönəldərək həmin binaların dağıdıldığını, partladıldığını göstəriblər. Videoda ingilis və ərəb dillərində "tezliklə gəlirik" titrləri görünür.
Həmin videoda göstərilən Azadlıq heykəlinin başsız şəkli şənbə günü Hafiz Səid adlı İŞİD terrorçusunun öldürülməsi haqqında xəbərlər yayılandan qısa müddət sonra yayımlanıb. O, Əfqanıstanda terrorçulara qarşı əməliyyatlar keçirilərkən hava zərbələri zamanı öldürülüb.
Başsız Azadlıq heykəli və dağıdılmış göydələnlərin göstərildiyi video
Xatırladaq ki, bir müddət əvvəl İŞİD terrorçuları növbəti hədəflərinin Misir şəhərləri olduğunu bildirmişdi. İyulun 16-da günorta saatlarında isə İŞİD terror qruplaşması Misir respublikasına aid hərbi gəmini qumbaraatanla vurub. Hadisə Misirin Qəzza sərhədinə yaxın ərazidə baş verib. Məsuliyyəti İŞİD-in Misirdəki təmsilçisi Sinay qruplaşması öz üzərinə götürüb.Bu hadisə barədə İŞİD terrorçularına aid sosial şəbəkədə şəkil paylaşılıb. Həmin şəklə yazılan şərhdə isə Misirə aid gəminin məhv edildiyi bildirilib.
İŞİD-in partlatdığı Misir gəmisi
İŞİD-in hədəfinə düşəcəyindən ehtiyat edən ölkələrdən biri də İtaliyadır. Bu ölkədə artıq bir çox memarlıq abidəsi, o cümlədən şair, italyan ədəbi dilinin banisi Dante Aliqyerinin məzarı İŞİD terrorçularının hücumundan mühafizə olunacaq./anspress/