Suriyanın şərqində yerləşən Meyadin şəhərində mövqe tutmuş İŞİD döyüşçüləri arasında QİÇS epidemiyası yayılıb.
Məlumata görə, bu barədə müstəqil Suriya agentliyi “ARA News” məlumat yayıb. Agentlik bildirir ki, QİÇS-ə tutulmuşları yerli xəstəxanada təcrid ediblər və onları kamikadze olmaq üçün dilə tuturlar.
Suriya agentliyi yazır ki, ən azı 16 nəfərdə QİÇS aşkarlanıb. Yoluxanların çoxu xarici muzdlulardır. İŞİD sıralarında QİÇS-ə tutulmuş döyüşçülər tez-tez rast gəlinir.
Onların çoxu narkoman olurlar və ya kriminal keçmişə malikdirlər. Çoxarvadlılıq və cariyyələrdən istifadə də xəstəliyin yayılmasına imkan yaradır.
İŞİD cariyələri
İraq Şam İslam Dövləti (İŞİD) İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşmadır. 3 yanvar 2014-cü il tarixdə öz müstəqilliyini elan edib. 29 iyun 2014-cü il tarixdə İŞİD xilafət yaratdığını elan edib.
İŞİD qruplaşmasının nəzarət etdiyi ərazilər (boz rənglə)
İŞİD üzvlərinin əsas özəlliyi təkfirçi olmalarıdır. Onlar inanclarını qəbul etməyən hər bir kəsi kafir elan edirlər. Nəticədə, İŞİD-lə döyüşlərdə yüz minlərlə insan həlak olub və ya edam edilib. Bir neçə milyon insan isə qaçqın düşüb.
Hazırda İŞİD-ə qarşı bir neçə cəbhədə döyüşlər gedir. Qruplaşma ilə Suriya və İraq hökumət qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri, həmçinin Livan və İraq şiələrindən ibarət könüllü birləşmələr, kürd silahlıları döyüşürlər. Amma bu qüvvələr arasında əlaqələndirmə yoxdur.
Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahür formaları özünü çoxsaylı yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
HİV virusu qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda HIV pozitiv şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülüb./anspress/