İŞİD-dən qəribə qadağa
02.10.2016 755 0.0 0

 İŞİD terror qruplaşması İraqın Mosul şəhərində bütün fotostudiyaların fəaliyyətinə qadağa qoyub.  “TASS”a istinadən verilən xəbərə görə, bu barədə “As Sumaria” telekanalı məlumat yayıb.

 

Məlumata görə, İŞİD İraqdakı “paytaxtı” Mosulda fotoatelyelərin fəaliyyətinə “xüsusi göstəriş verilənədək” müvəqqəti qadağa qoyub.

 

Məhdudiyyətin səbəbləri açıqlanmır.

 

Bundan başqa, İŞİD başçıları silahlılara da, səbəbindən asılı olmayaraq, istənilən fotoşəkil çəkməyə qadağa qoyub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar