İŞİD-çı ABŞ bomba yağdırdı an selfi çəkdirdi
05.06.2015 804 0.0 0

Bir İŞİD terrorçusunun selfi çəkdirmək istəyi baha başa gəldi. Məlumata görə, bir terrorçu sosial şəbəkədə selfi foto çəkdirərək paylaşıb. Bu foto sayəsində terrorçuların olduğu məkan müəyyən edilib. 

Bundan sonra ABŞ ordusu müəyyən edilən yeri qırıcı təyyarələrin köməyi ilə yerlə yeksan edib. 

Bu barədə məlumatı ABŞ Hava Qüvvələrinin Sakit okeanda kapitanı olan general Herbert Havk Karlisl açıqlayıb. O, foto sayəsində terror təşkilarının önəmli mərkəzlərindən birinin məhv edildiyini açıqlayıb. 

"İŞİD-çı paylaşdığı fotoda terror təşkilatına aid bir qərargahın önündə dayanmışdı. Əsgərlərimiz bu selfidən araşdırmaya başlayaraq mərkəzin yerini tapdı. Daha sonra 22 saat ərzində buranı bombalayaraq yerlə bir etdik". General indiyə qədər İŞİD-a qarşı 4200 hava əməliyyataı olduğunu da bildirib. 

Bu əməliyyatlarda 14 min bomba atılıb, 13 min terrorçu öldürülüb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar