İŞİD Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan edib
11.07.2017 649 0.0 0

İŞİD terror təşkilatı Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan edib.

 

TASS-a istinadən verilən məlumata görə, İŞİD döyüşçüləri yaxın zamanlarda “yeni xəlifə”nin adını açıqlayacağını deyiblər.   

 

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

 

İyulun 2-də “Əs-Sumariya” telekanalı İraqın Naynava vilayət rəhbərliyinə istinadən bəyan edib ki, İŞİD döyüşçüləri qruplaşma liderinin öldürüldüyünü iddia edən imamı qətlə yetiriblər. Mosul yaxınlığındakı Tel-Əfər yaşayış məntəqəsində yerləşən döyüşçülər əl-Bağdadiyə yaxın olan imam Əbu-Katibi “qarışıqlıq salmaqda” ittiham ediblər./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar