İŞİD BOMBALANDI
31.08.2014 1607 0.0 0

 

Amerika ordusu silahlıların nəzarətində olan ərazilərə hava hücumu təşkil edib

 

ABŞ ordusu İŞİD-in nəzarəti altında olan İraqın Əmirli bölgəsinə havadan zərbələr endirib.  Məlumata görə, 2 aydır ki İŞİD döyüşçülərinin ələ keçirdiyi Əmirli bölgəsində türkmənlər üstünlük təşkil edir. Bu barədə rəsmi Pentaqonun sözçüsü Con Kibri açıqlama verib. O, ABŞ ordusunun minlərlə şiə türmənin yaşadığı Əmirliyə havadan humanitar yardım göstərdiyini ifadə edib: 

“Humanitar yardımın çatdırılması üçün ətraf ərazilərdə olan İŞİD hərbçilərinə qarşı havadan hücum təşkil edilib. İŞİD-in hədəflərinə qarşı 3 hava hücumu təşkil edilib”.

O, ABŞ ordusunun indiyə qədər İraqda ümumilikdə 118 hava hücumunu həyata keçirdiyini qeyd edib.

ABŞ-in İŞİD-ə qarşı apardığı hava hücumu əməliyyatlarına Avstarliya, Fransa və İngiltərə təyyarələrinin də dəstək verdiyi ifadə olunub.//ANSPRESS


Teqlər:İŞİD BOMBALANDI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar