İŞİD AVROPAYA XƏBƏRDARLIQ ETDİ-VİDEO
12.01.2015 857 0
İŞİD qiyabi olaraq Avropada yeni baş verəcək terrorları bəyan edib.
Məlumata görə, Amerika Milli Təhlükəsizlik (AMT) agentliyi İŞİD liderlərinin danışığını ələ keçirib.
Danışıqlardan məlum olub ki, İŞİD Qərbə böyük həcmli terror müharibəsi elan edib və son baş verən Paris hadisələri bunların ilkidir.
Avropa ölkələrindən artıq həyəcan təbilini Böyük Britaniya çalıb. Son əldə olunan məlumatlara əsasən məhz paytaxt London dırnağarası cihadçıların növbəti hədəfi olacaq. Hazırda ölkədə təhlükəsizlik tədbirləri ən yüksək vəziyyətdədir.
Hər bir halda AMT-nin son məlumatına əsasən Avropada terror hədəsi yüksək olaraq qalır. Bunu nəzərə alsaq Avropa xüsusi xidmətilərinin bu günlərdə işi başından aşır.//ANS PRESS
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər