İŞİD Atatürkü təhqir etdi (VİDEO)
18.08.2015 850 0.0 0

İŞİD Türkiyəni dəfələrlə təhdid edib. Amma bu dəfəki təhdidi digərlərindən daha kəskindir və təhdid hədəfi olan insanlar bəllidir. 

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, terror qruplaşması yarandığı gündən bəri ilk dəfədir ki, Atatürkü hədəf alan video yayımlayıb. 

Türkçə yayımlanan videoda qruplaşma üzvüləri Atatürkün dünyəviliyi təbliğ etmək üçün gəlmişdi diyə ifadələr işlədirlər. “Dünyəvi Kəmal Atatürk gəldi. Türk xalqına dinlərinin inkar etmələrinin və dünyəviliyi təbliğ etdi.”- deyə İŞİD üzvüləri bildirib. 

 


Diqqət çəkən məqamlardan biri də terrorçuların Atatürkün ideyalarını bəyənməməklə bərabər, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı xain adlandırmalarıdır. 

Videoda Musatafa Kamal Atatürkün, Rəcəb Tayyib Ərdoğanın və Abdullah Öcəlanın şəkillərinin olduğu görsənir. 

İŞİD üzvüləri videoda Türkiyədəki üzvülərinə “İstanbulu fəth edin” deyə çağırış ediblər. 

Terrorçular Ərdoğan və onun dostlarınada səslənib və bildiriblərki, “Ey Tayyib Ərdoğan və xain dostları” Allaha tövbə edin.

İŞİD-in belə təhdidlər yağdırmasının səbəblərindən biri Türkiyənin qruplaşmaya qarşı həyata keçiridiyi hərbi əməliyyatlardır. Surucda baş verən terror aktından sonra Türkiyə terror qruplaşmaları ilə həm ölkə daxilində həmdə ölkədən kənarda mübarizəni gücləndirib. Əməliyyatlar nəticəsində 2 mindən çox terrorçu həbs olunub. 

Videomüraciətdə həmçinin, rəsmi Ankara Azad Suriya Ordusuna verdiyi dəstəyə görə də kəskin tənqid olunur. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar