İŞİD Assuriya tarixini belə məhv edib - Video
17.11.2016 751 0.0 0

İki ildən çoxdur İŞİD-in işğalı altında olan və bir neçə gün öncə terrorçulardan azad edilən Nəmrud antik şəhərinə ciddi ziyanlar vurulduğu ortaya çıxıb.

Məlumata görə, Tarixi Əsərlər Nazirliyi Mosulu xilas etmə əməliyyatı çərçivəsində geri qaytarılan Nəmrud antik şəhərinə terror qruplaşmasının böyük zərər vurduğunu bildirib:

“İŞİD assurların dövründən qalan şəhərdə böyük dağıntılar həyata keçirib. Ancaq biz mədəni dünya və beynəlxalq təşkilatların dəstəyi ilə ziyan dəymiş əsərləri bərpa edə biləcəyimizə, bu tarixi ərazini yenidən həyata qaytaracağımıza inanırıq”.

Qeyd edək ki, Mosulun 30 kilometrliyində, Dəclə çayının sahilində yerləşən Nəmrud antik şəhəri miladdan əvvəl Assuriya imperiyasının paytaxtı olub. 19-cu əsrdən bəri şəhərdə aparılan arxeoloji qazıntı işləri nəticəsində çoxsaylı əsərlər ortaya çıxmışdı. Ötən ilin martında isə İŞİD-in antik şəhərdə dağıntı işləri həyata keçirməsi ilə bağlı görüntülər yayılmışdı./axar.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar