İŞİD ABŞ-ı qorxutmağa başladı
08.05.2015 697 0.0 0

Bir müddət əvvəl Texasda baş vermiş hücum faktının İŞİD terror qruplaşmasının tərətdiyi üzə çıxıb. 

Məlumata görə, ABŞ-da Texas ştatının Harlend şəhərində söz azadlığı müdafiəsinə həsr edilmiş aksiyada və Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunduğu mərkəzdə baş verən atışmanı İŞİD silahlıları öz üzərinə götürüb

“ABŞ-ın 15 ştatında hər hansısa hücum həyata keçirməyə qadir 71 təlim keçmiş silahlımız var”, – deyə terrorçuların açıqlamasında deyilir. 

İŞİD üzvləri Texasda baş verən hadisə zamanı əsas hədəflərinin peyğəmbərin karikaturası yarışını hazırlayan Pamella Qelleri öldürmək olduğunu, haraya gizlənməsinə baxmayaraq tapacaqlarını vurğulayıblar. 

Bundan başqa, 6 ay içərisində isə ABŞ-da daha “maraqlı” hadisələrin olacağını proqnoz ediblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar