İŞİD ABŞ-a qalib gəlir
11.08.2015 939 0.0 0

ABŞ-ın İraqda İŞİD-ə qarşı hücuma keçməsindən düz bir il ötür.

Məlumata görə, o vaxtdan bəri Amerika Suriya və İraqda 6 mindən artıq hava zərbəsi həyata keçirib. 

Bəzi ərazilərin qrupun nəzarətindən geri alınmasına baxmayaraq, İŞİD kəskin müqavimət göstərməklə, regionda təhdidlərini davam etdirirərək yeni ərazilər ələ keçirib.

Təhlilçilər hava hücumlarının terroçulara yalnız müvəqqəti təsir etdiyini bildirir. Bir çox hərbi ekspert bu düşüncədədir ki, hava hücumları yalnız quru qüvvələrinin yardımı ilə İŞİD-in genişləməsinə və əraziləri itirməsinə ara verə bilər.


İŞİD terror qruplaşmasının nəzarət etdiyi ərazi

 

Lakin ABŞ rəsmiləri bu fikirdə deyil. Ən azından onlar ABŞ və koalisiyanın hava hücumlarından razıdırlar. Ağ Evin sözçüsü Coş Ernest İŞİD-ın bir il əvvəl İraqda ələ keçirdiyi ərazilərin 30 faizini, Suriyada isə böyük bir ərazini itirdiyini deyib. "Koalisiya qüvvələrinin İŞİD liderlərini hədəf alması ilə qrupun istehkamı dağıdılıb. ABŞ və və onun koalisya tərəfdaşları İŞİD-in maliyyələşməsinə, onun xarici döyüşçüləri sıralarına cəlb etməsinə mane olur."

Onu da əlavə edək ki, Türkiyədə baş verən son hadisələr və antiterror müqavimətinin gücləndiyindən sonra, ABŞ-nin strateji İncirlik hava limanından istifadəsinə icazə verilib. 


İncirlik hərbi bazası uçuş zolağı

 

Türkiyə də hava zərbələrinə qoşulmasına baxmayaraq onun əsas hədəfi PKK terrorçularıdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar